Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Professor: "Britaniya ştammının Azərbaycana gəlməsi realdır"

Tarix: 18-03-2021 12:18     Baxış: 3192 A- / A+
Professor: "Britaniya ştammının Azərbaycana gəlməsi realdır"


"Bu gün bütün dünyada koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Yəni artım tendensiyası bütün Avropa ölkələrində müşahidə olunur. Düzdür, hazırda Böyük Britaniyada çox sərt karantin rejimi hökm sürür. Bəzi şəhərlərə giriş-çıxış qadağan olunub. Baxmayaraq ki, orada 20 milyon insan vaksinasiya olunub, lakin karantin rejimi davam edir. Ona görə də Azərbaycanda da yoluxma sayında artım bu templə davam etsə, epidemioloji vəziyyət pisləşsə təbii ki, karantin qaydaları sərtləşdiriləcək”.


Manevr.az
xəbər verir ki, bu fikirləri "report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

"İkinci dalğada ölkədəki vəziyyətə nəzər salsaq görərik ki, insanlar necə çətinliklərlə üz-üzə qaldı. Xəstəxanalarda yer tapılmadı, dərmanların qiyməti süni şəkildə artırıldı, ajiotaj yarandı, xeyli sayda xəstə dünyasını dəyişdi. Bu taleyi yenidən yaşamamaq üçün tələb olunan qaydalara ciddi əməl etmək lazımdır. Bu qaydalar əsasən qapalı mühitdə, qonaq gedəndə, növbə olan yerlərdə, ictimai iaşə müəssisələrində gözlənilməlidir. Eləcə də ictimai nəqliyyatda qayda-qanun yaradılmalı və onun yükü azaldılmalıdır. Çünki yoluxmanın əsas mənbələrindən biri də məhz ictimai nəqliyyatdır”- deyə mütəxəssis bildirib.

Adil Qeybulla hesab edir ki, yeni ştammın ölkədə olma ehtimalı var:

"Bəzi mənbələr də bunu təsdiq edir. Qloballaşan dünyada yaşadığımızdan yeni ştammın sürətli yayılmasını nəzərə alaraq onun Azərbaycana gəlməsi realdır. Təəssüf ki, ikinci dalğadan sonra insanlarda arxayınçılıq meylləri hiss olunur. Vaksin olunan şəxslər bilməlidir ki, peyvənd vurdurduqdan sonra ən azı ay yarım vaxt keçməlidir ki, bədəndə immunitet yaransın. Vaksin olunmaqla problem həll olunmur və bunu mütləq nəzərə almaq lazımdır”.

Qeyd edək ki, son günlər ölkədə COVID-19-a yoluxma hallarında sürətli artım müşahidə olunur. Ötən gün 840 yoluxma aktı qeydə alınıb. Bu günə qədər virusdan ölüm hallarının sayı 3 307 təşkil edib. Ümumilikdə isə 242 291 nəfər virusa yoluxub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar