Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng əmələ gətirən faktorlar

Tarix: 16-03-2021 21:41     Baxış: 5305 A- / A+
Xərçəng əmələ gətirən faktorlar

Siqaret və siqaret tüstüsü.
Siqaret və siqaret tüstüsü xərçəngin əmələ gəlməsində rol oynayan əsas səbəblərdən biridir. Siqareti çəkən adam özünü zəhərlməklə yanaşı ətrafdakılara da çox böyük zərər verir. Siqaret və onun tüstüsünün tərkibində olan karbon qazları, bezpiren, fenol birləşmələri, nitrozamin, hidrozin, vinilxlorid, mişyak, müxtəlif radioaktiv maddələr həm siqaretdən asılı olan adamı, həm də ətrafındakıları zəhərləyir. Bu zəhərlənmələr də ağciyər, burun, udlaq, nəfəs və qida borusu, mədə-bağırsaq, mədəaltı vəz, sidik kisəs, uşaqlığın xərçənginə səbəb olur.
Müxtəlif cür dərmanlar.
Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu süd vəzinin, qara ciyrəin, böyrəklərin və qanın xərçənginə səbəb olur. Bu dərmanlara tərkibində dietilstilbestrol, fenasetin, siklofosfamid və sitotoksik maddələr olan dərmanlar daxildir. Xərçəngin əmələ gəlmə dərəcəsi dərmanın qəbuledilmə vaxtından və dərmanın miqdarından asılıdır.
Spirtli işki qəbulu.
Spirtli içkinin həddindən artıq qəbulu və ondan yaranan asılılıq olduqda qaraciyər xərçənginə səbəb olur.
Müxtəlif kimyəvi maddələr.
Benzpiren, asbest, vinilxlorid, süalanma, benzol, radon, xrom, nikel, vinil birləşmələr və formaldehid kansoragen tərkibli maddələrir. Onlarla mütamadi əlaqədə olmaq xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Radiaktiv və kimyəvi şüalanmanın əmələ gətirdiyi xəstəliklər şüalanmanın orqanizmə verdiyi radiasiyanın dərəcəsindən asılı olaraq dəyişir. Radiaktiv maddələr ən çox beyin və dəri xərçənginin əmələ gəlməsinə səbəb olur.
Ultrabənövşəyi şüalanma.
Ultrabənövşəyi şüalanma gün altında çox dayanan zaman meydana gəlir. Günəş şüası normada qəbul edildikdə orqanizmin vitamin D-yə olan təlabatını ödəyir. Amma normadan artıq gün şüasının qəbulu dəridə melanoma, karsinomanın əmələ gəlməsinə səbəb olur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar