Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiq ölçən aparatlara inanmaq olarmı - Düzgün istifadə qaydası

Tarix: 14-03-2021 23:02     Baxış: 4332 A- / A+
Təzyiq ölçən aparatlara inanmaq olarmı - Düzgün istifadə qaydası

Kanadalı alimlər evdə təzyiq ölçən tonometr cihazları üzərində 1 illik tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, 70% aparatlar düzgün olmayan rəqəmlər göstərir və insanları çaşdırır. Bu isə ağır təzyiq xəstələri üçün çox təhlükəlidir.

Manevr.az
bildirir ki, təzyiqin monitorinqi kritik vəziyyəti düzgün qiymətləndirməlidir ki, xəstəni ölümdən və komadan xilas etmək mümkün olsun. Bu isə evdə təzyiq ölçməyə adət etmiş insanlar üçün risklidir. 5-10 mm fərqdə aşağı və ya yuxarı rəqəm göstərən tonometrlər xəstəni və həkimi yanıldır.

Tonometrlə düzgün davranmamaq, əl-qolun hərəkəti, manjetin bərkidilməməsi, pasiyentin çəkisi, emosional vəziyyəti belə rəqəmə təsir edir. Yəni xəstə özü tonometrlə düzgün davranmaya bilər.

Ev tonometrləri ilə təzyiq ölçərkən bunlara mütləq əməl etmək lazımdı:

-Qolunuzu havada tutaraq yox, bərk hamar səthə qoyaraq ölçün.

-Təzyiqi ölçərkən sakit olun, tərpənməyin, danışmayın.

-Cihazın manşeti ürək bərabərində olmalıdır. Əgər aşağı olsa, təzyiq yüksək göstərəcək.

-Manjet köynək və geyim üzərindən bağlanmamalıdır.

-Çəkinizə və qolunuzun ölçülərinə uyğun manjetlər seçin.

-İldə bir dəfə aparatımızı kliniki təzyiq aparatı ilə müqayisə etməklə yoxladın.

-Təzyiqi 2 dəfə ölçün, hər dəfə 7 dəqiqə fasilə verməklə. Bu əzələ və damarların əvvəlki vəziyyətinə qayıtmasın üçün lazım olan vaxtdır. /medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar