Xəbər lenti
Havaların isinməsi koronavirusa necə təsir edəcək? - Professordan açıqlama

Professor, həkim Adil Qeybulla bildirib ki, mövsümi soyuqdəymə xəstəliklərinin içərisində koronavirusun dörd növü mövcuddur.
Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.Amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.
Manevr.az xəbər verir ki, hava temperaturunun koronavirusun aktivliyinə təsirini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, soyuq havalarda insanların yoluxucu xəstəliklərə daha tez tutulması hər kəsə bəllidir:
“Ümumi soyuqdəymə xətəliyi (common cold disease) nəticəsində yuxarı tənəffüs yollarında onlarla parazitlik edən mikroorqanizm fəallaşır. Bu orqanizmlərin fəallaşması nəticəsində qripəbənzər soyuqdəymə əlamətləri müşahidə olunur. Mövsümi soyuqdəymə xəstəliklərinin içərisində koronavirusun dörd növü mövcuddur. İsti dövrlərdə soyuqdəymə xəstəlikləri kimi koronavirusa yoluxma hallarının azalması da məntiqlidir. Biz bir neçə ay sonra koronavirusla vidalaşmaq şansına malikik”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar