Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı – ARAŞDIRMA

Tarix: 11-03-2021 21:53     Baxış: 3213 A- / A+
Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı – ARAŞDIRMA


“Evening Standard”ın hesabatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları ölkədə vaksinasiya olunan 13 milyon 700 min insanın məlumatlarını təhlil edib.

Manevr.az bildirir ki, tədqiqatçılar peyvənd vurulduqdan sonra təxminən 7000 nəfərin baş ağrısı, yorğunluq, başgicəllənmə və bu kimi problemlərlə qarşılaşdığını bildirib. İlk 13 milyon 700 min doza peyvəndin 61 faizi qadınlara tətbiq edilib. Bildirilib ki, peyvənd olunan qadınların 79 faizi onun əks təsirləri ilə üzləşib.

Pensilvaniya Kollecinin mütəxəssisi Şelli Kendefi “The New York Times”a verdiyi açıqlamada qeyd edib ki, vaksinasiyadan dərhal sonra özünü yaxşı hiss edib, ancaq bir müddət sonra bədəni buz kimi soyuq olmasına baxmayaraq, tərləyib.

Kendefi vaksinasiyadan sonra 7 xanım həmkarının 6-nın vücudlarının müxtəlif yerlərində ağrılar, titrəmə və yorğunluq kimi simptomlar olduğunu deyib. Lakin digər 8 kişi həmkarında sadəcə baş ağrısı müşahidə olunub.

Cons Hopkins Blumberq Xalq Sağlamlığı Məktəbinin mikrobioloqu və immunoloqu Sabra Kleyn araşdırmanın nəticələri ilə razılaşdığını və heç də təəccüblənmədiyini deyib. O, digər xəstəliklər üçün istifadə edilən peyvəndlərin də qadınlarda daha çox əks təsiri olduğunu vurğulayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin İmmun Təhlükəsizliyi Ofisi rəsmisi Culiana Gi qadınların müxtəlif vaksinlərə daha çox reaksiya göstərdiklərini qeyd edib:

“Qadınlar daha yüksək risk altındadır, lakin vaksinlərin əks təsirlərindən narahat olmayın. Bu vəziyyət qadınların vaksinə daha güclü immun cavab verdiyini və daha güclü müqavimət qazandığını göstərir”.

2013-cü ildə aparılan araşdırmalarda da elm adamları donuz qripi peyvəndinə qarşı qadınların kişilərə nisbətən daha çox reaksiya göstərdiyini açıqlamışdı. 1990-2016-cı illərdə peyvəndləri əhatə edən başqa tədqiqatlarda da qadınların 80 faizində allergik reaksiyalara rast gəlindiyi bildirilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar