Xəbər lenti
Fındığın inanılmaz faydaları – Qanazlığı, xərçəng, qəbizlik...
E və K vitaminləri ilə zəngin olan fındığın tərkibində yüksək miqdarda protein, yağ, vitamin və mineral var. Bu da beyin sağlamlığını dəstəkləyir, xərçəngin qarşısını alır və artıq çəkidən xilas olmağa köməkçi olur. Fındıq iki halda, həm çiy, həm də qovrulmuş halda istehlak edilə bilər. Hər iki halda faydaları olsa da, mütəxəssislər bu məhsulun çiy halda istehlak edilməsinin daha faydalı olduğunu bildirirlər.
Manevr.az xəbər verir ki, fındıq çiy halda istehlak edildikdə pis xolesterolu bədəndən təmizləyir və ürəyin sağlamlığını qoruyur. Tərkibində olan maqnezium, fosfor və kalium sayəsində şəkərli diabet xəstələri üçün faydalıdır. Fındıq qoz ilə birlikdə istehlak edildiyində beyin hüceyrələrini yeniləyir və sağlam inkişafını təmin edir. Eyni zamanda E, K vitamini və selenyumun birləşməsi beyinə müsbət təsir göstərir. Buna görə də alzgeimer kimi xəstəliklərin qarşısını almaqda da faydalı hesab edilir. Bununla yanaşı E vitamin qırmızı qan hüceyrələrin parçalanmasının qarşısını alaraq qanazlığı və ağciyər, süd vəzi prostat xərçənginin yaranma riskini azaldır. Piylənmə ciddi sağlamlıq problemidir və buna görə də normal çəkinin qorunması vacibdir. Fındıq pəhrizli liflə zəngin olduğundan, istehlak edən şəxsdə doyma hissi yaradır, beləliklə də şəxs çəkini normada saxlaya bilir. Eyni zamanda böyrəklərin funksiyasını yaxşılaşdıraraq, qəbizliyi aradan qaldırır. Sağlamlıqla yanaşı fındıq xarici görünüşə üçün də faydalı hesab edilir. Belə ki, tərkibindəki zəngin antioksidantları sayəsində dərini zədələyə bilən zərərli maddələrdən qoruyur və daha sağlam görünməsini təmin edir.
Qeyd edək ki, mütəxəssislər fındığı normadan çox istehlak etməməyi tövsiyə edirlər. Çox miqdarda istehlak edilərsə, kökəlmə və ishal kimi problemlərə səbəb ola bilər. Bununla yanaşı təzyiq xəstələri də daha az istehlak etməlidirlər./yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar