Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Koronavirusa yoluxma sayının artmasını böyütməyək" - Professor

Tarix: 07-03-2021 11:26     Baxış: 4287 A- / A+
"Koronavirusa yoluxma sayının artmasını böyütməyək" - Professor

“Koronavirusa yoluxmada artma var, amma bunu çox böyük rəqəmlə ifadə etməyək. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər”.
Manevr.az-ın məlumatına görə, bunu “REAL İntervyu”ya müsahibəsində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu, yumşaldılma tədbirləri ilə bağlı olaraq insanlarda yaranan arxayınlıqla əlaqədardır:

“Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az geri plana düşməsi də burada rol oynaya bilər. Bir çox ölkələrdə, eləcə də, qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək. Bir artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sıx tədbirlərin görülməsinə getməyək”.

Professor qeyd edib ki, nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir:

“Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”./unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar