Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Orqanizmi təmizləyən, şəkəri salan, kişi sağlamlığını qoruyan SUPER YARMA

Tarix: 04-03-2021 10:33     Baxış: 2215 A- / A+
Orqanizmi təmizləyən, şəkəri salan, kişi sağlamlığını qoruyan SUPER YARMA


Bu yarmanın vətəni Cənubi Amerikadır. Kinoa dünyanın ən faydalı 20 məhsuldan biri sayılır.
Təəssüf ki, bizdə bu yarma hələ ki çox populyar deyil.
Kinoa nə ilə faydalıdır?
Kinoa asan mənimsənilən zülallarla zəngindir. Manevr.az saglamolun.az-a istinadən bildirir ki, bu xüsusiyyətə görə kinoanı hətta ana südü ilə müqayisə edirlər.
Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və çölə çıxardır.
Orqanizmi artıq xolesterindən təmizləyən kinoa ürək-damar sistemi üçün çox faydalıdır. Orqanizmdə toplanaraq artıq xolesterin damarlarda yığılır, damarları tutur ki, bu da infarkt və insultun riskini artırır.
Həmçinin qidalı liflərlə zəngin olan kinoa qəbizliyin və bağırsaq xərçənginin təbii profilaktikasıdır.
Kinoa qanda şəkərin də səviyyəsini aşağı salır.
Kinoa maqneziumla xüsusilə zəngindir. Bu maddə təbii antidepressantdır, sinir sisteminin və ürəyin sağlamlığını qoruyur.
Kinoa sinklə də zəngindir. Bu maddə kişilərin cinsiyyət sisteminin sağlamlığı üçün ən vacib olan maddələrdən biridir.
Kinoanın tərkibində qlüten yoxdur. Bu səbəbdən qlütenə dözümsüzlüyü olan insanlar bu yarmanı rahatlıqla yeyə bilər.
Yarmanın çox yumşaq və xoş dadı var. Kinoanı ət, balıq, tərəvəzlərlə yemək olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar