Xəbər lenti
Bu aya qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI
Maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyik.
Manevr.az xəbər verir ki, bu sözləri Dicle Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin deyib. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.
"Maskaları həyatımızdan çıxarmaq hələ tezdir. Yoluxma sayı azalsa da, sıfra enməyib. Virusun yeni mutasiyalarının yayıldığını da nəzərə alsaq, qorunmaq üçün maskaları taxmağa davam etməliyik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı kimi, pandemiya 2022-ci ilin əvvəllərinə qədər davam edəcək.
Yaxınlarda məhdudiyyətlərin yumşalması gözlənilir. Normal və maskasız həyat üçün hamımız darıxmışıq, lakin görünən odur ki, bu xəstəlik tamamilə yox olmayacaq. Odur ki, maska və digər karantin qaydalarına qarşı həssas olmalıyıq. Əhalinin 70 faizində immunitet yarandığı, eyni zamanda yoluxma sayı kəskin şəkildə aşağı düşdüyü halda maskaların həyatımızdan çıxması gündəmə gələ bilər", - ekspert açıqlamasında vurğulayıb./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar