Xəbər lenti
Bunları bildikdən sonra çay paketlərini atmayacaqsınız!!Çay paketlerinin gündəlik həyatınıza dəyər qatacaq 7 istifadəsi
Əgər sizi bir böcək sancıbsa, istifadə edilmiş bir çay paketini 5 dəqiqə buzluqda gözlədin. Ardından çıxarıb dişlənilən bölgənin üzərinə yerləşdirərək 2-3 dəqiqə ərzində yüngülcə basdırın. Çayda olan mazı tozunun iltahapları və qızartıları aradan qaldırmağa inanılmaz bir təsiri vardır.
Bir neçə yaşıl və ya qara çay paketini içində qaynar su olan kasaya atın. Başınıza dəsmal alaraq üzünüzü kasaya doğru çevirin. Yaşıl və qara çay yüksək miqdarda antioksidant saxlayar. Bu sayədə də dərinizə yaxşı gələcəkdir; dəriniz parlayacaq, çirkli məsamələr azalacaq.
Xalı təmizləyicisi
Istifadə edilmiş lavanda çayı paketləini tamamilə qurudun. Qurutduqdan sonra paketləri cırıb çay yarpaqlarını xalınız üzərinə bol-bol səpin. 10 dəqiqə gözlədikdən sonra elektrik süpürgənizlə xalınızı təmizləyin. Beləcə xalılarınız gözəl qoxuyacaqdır.
Ət marinadası
Təxminən 8 istifadə edilmiş qara çay paketini qurudun və ardından çayı paketi içindən çıxararaq 4 su stəkanı isti su qoyduğunuz bir kasada 10 dəqiqə qədər gözlədin. Çayı süzgəcdən keçirin. Süzülmüş çay suyunu ətin üstünə tökün. Əti marinad edərək ertəsi gün bişirin.
Göz bölgəsi şişiklərinə qarşı
Istifadə edilmiş iki çay paketini buzlu suda gözlətdikdən sonra gözlərinizə kompres edin. Soyuq çay paketləri göz qapaqları və göz altındakı şişiklikleri aradan qaldıracaq.
Yemək hazırladıqdan sonra əllərdəki qoxunu yox edər
Ləziz yeməklərin içində təzə soğan və sarımsaq olması məcburidir. Lakin təzə soğan və sarımsaq doğrayarkən qoxuları əllərinizə hopar və bir müddət əlləriniz iy verər. Bu qoxunu aradan qaldırmanın təsirli yollarından biri, barmaqlarınızı istifadə edilmiş nəmli çay paketləriylə tək-tək təmizləmək. Ardından əllərinizi isti su və sabunla yuyun. Qoxudan əsər qalmayacaq.
İdman ayaqqabılarını təzələ
Çay paketlerinin gündəlik həyatınıza dəyər qatacaq 7 faydası
Möhkəm bir idmandan sonra qoxu verməyə başlayan ayaqqabılarınıza çay paketi tətbiq edin. Istifadə edilən çay paketlerini qurutduqdan sonra ayaqqabılarınızın içinə yerləşdirin və səhərə qədər eləcə gözlədin. Beləcə ayaqqabılarınızdakı qoxular təzələnəcək .İnana bilməyəcəksiniz...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar