Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusdan ölənlərin beyin kapillyarlarında qan laxtaları müəyyən olunub

Tarix: 16-02-2021 09:06     Baxış: 3262 A- / A+
Koronavirusdan ölənlərin beyin kapillyarlarında qan laxtaları müəyyən olunub


Koronavirusdan ölənlərin qan damarları üzərində aparılan araşdırma zamanı məlum olub ki, yaşlıların kapillyarlarında çox sayda mikrotromblar var.


Məhz onlara görə, xəstələrin beyninə kifayət qədər oksigen daxil olmayıb.

Amerikalı alimlərin bu barədə yazıları “JAMA Neurology” elmi jurnalında qeyd edilib.

“COVID-19-dan vəfat edən və şüurun fəaliyyətində ​​ciddi narahatlıqlar yaşayan beş nəfərin sinir toxuması və qan damarlarının nümunələrini araşdırdıq. Onların kapillyarlarında xroniki oksigen çatışmazlığı və çox sayda meqakaryosit (trombositləri yaradır) izləri tapılıb”, - deyə alimlər bildirib.

Onlar həmçinin vurğulayıb ki, SARS-CoV-2-nin yeni növü təkcə ağ ciyərdəki hüceyrələri deyil, həm də burunun selikli qişasını, yemək borusunu, qan damarlarını və ürəyi də zədələyir.

Yoluxanlar qoxu hissini itirir, onların bağırsaqları zəif işləməyə başlayır. Əgər beyin virusun hücumuna məruz qalırsa, insanda şüurun, yaddaşın və intellektual qabiliyyətin zəifləməsi müşahidə olunur.

Virusa görə tromblaşmanın meydana gəlməsinin dəqiq səbəbi hələ müəyyən olunmayıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar