Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Koronavirusla bağlı yenidən müəyyən sərt tədbirlər görülə bilər” - Professor

Tarix: 12-02-2021 17:45     Baxış: 3224 A- / A+
“Koronavirusla bağlı yenidən müəyyən sərt tədbirlər görülə bilər” - Professor

TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayevanın açıqlaması sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub.

Belə ki, Nəzrin Mustafayeva “Real TV”-yə müsahibəsi zamanı bildirib ki, əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz.
“Koronavirusla bağlı yenidən müəyyən sərt tədbirlər görülə bilər” - Professor

“Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır. Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiniz. Elə bir qayda da yoxdur”,-deyə bildirib.

Müzakirələrə səbəb olan açıqlamadan sonra, TƏBİB-in əməkdaşı açıq havada maska taxmamaqla bağlı fikirlərini təkzib edib. O, vurğulayıb ki, mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil.

“Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilib”,- deyə bildirib.

Maraqlıdır indiki vəziyyətdə, yoluxma hallarının azaldığı bir vaxtda, əgər ətrafda kimsə yoxdursa və ya aradakı məsafə, tutaq ki, bir neçə km-dirsə, açıq havada maska taxmağa doğurdan da ehtiyac varmı? Məktəblər, restoranlar, kafelər vəs. obyeklər açıldığı halda niyə açıq havada maska taxmaq qadağası ləğv edilmir?
“Koronavirusla bağlı yenidən müəyyən sərt tədbirlər görülə bilər” - Professor

Tibb elmlər doktoru, professor Adil Qeybulla bizimyol.info-ya müsahibəsi zamanı bildirib ki, maskaların açıq havada çıxarılmasını mən hələlik tez hesab edirəm.

“Bu gün böyük problemlərdən biri virusun mutasiya formalarından biri olan Böyük Britaniya ştamıdır və onun necə davranış sərgiləyəcəyi ilə bağlıdır. Bu haqda hələlik diskursiyalara gedir və müxtəlif fikirlər mövcuddur. Belə olan şəraitdə biz açıq havada hələlik karantin qaydalarına əməl etməyə məcburuq. O cümlədən də maska taxmağa. Hesab edirəm ki, maskların taxılmasına ehtiyac var və bizim sosial həyətın ayrı-ayrı sahələrinin yumşaldılması mərhələ-mərhələ həyata keçirilsə də, epidemoloji vəziyyətdən asılı olaraq yenidən müəyyən sərt tədbirlər görülə bilər. Ona görə də, maskaların açıq havada çıxarılmasını mən hələlik tez hesab edirəm”,- deyə bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar