Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Tarix: 07-02-2021 15:04     Baxış: 3218 A- / A+
Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq


Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvü, professor Ateş Kara COVID-19-la bağlı dünyada tətbiq olunan karantin qaydalarının yay aylarında nisbətən yumşalacağını deyib.


Türkiyə mətbuatı xəbər verir ki, professorun sözlərinə görə, vaksinasiya sayəsində mart və aprel aylarında koronavirus xəstələrinin sayı azalmağa doğru gedəcək, xəstəxanaların yükü azalacaq.

“Yay aylarında ümumi rahatlaşma ola bilər, amma virusun mövsümi xüsusiyyət qazanma ehtimalını nəzərə alaraq növbəti qışa hazır olmalıyıq. Artıq risk qrupunda olan yaşlı insanlar da peyvənd qəbul edir. Bu, çox böyük bir avantajdır, xəstəxanada müalicə alan xəstə sayını önəmli ölçüdə azaldacaq. 3-cü alovlanmanın olması və yoluxma sayının yenidən pik həddə çatması mutasiya olunmuş virusun şəhərlərə yayılmasından asılı olaraq dəyişəcək. Buradakı ən önəmli nöqtə peyvəndlərin davamlı olaraq vurulmasıdır. Türkiyənin peyvənd istehsal etməsi də üstünlükdür. Əgər vaksinasiya prosesi planlaşdırıldığı qaydada davam edərsə, çox ciddi uğur əldə ediləcək”.

Ekspertin sözlərinə görə, mutant virus sürətlə yoluxma xüsusiyyətlərinə sahib olduğundan kütləvi immunitetin yaranması üçün əhalinin 60 deyil, 70-80 faizində antitellər yaranmalıdır.

“Hər vaksin vurduran insan qorunmur. Peyvəndin təsir müddəti 6-7 aydır. Bu müddət virusa yoluxsanız da, xəstəliyi ağır keçirməyəcəksiniz, xəstəxanada yatma ehtimalı olduqca aşağıdır”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar