Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şəkər xəstəsinə koronavirus peyvəndi vurula bilər? - Həkimdən AÇIQLAMA

Tarix: 06-02-2021 19:13     Baxış: 3231 A- / A+
Şəkər xəstəsinə koronavirus peyvəndi vurula bilər? - Həkimdən AÇIQLAMA

Şəkərli diabeti olan insanlara peyvənd zəruridir, ancaq ciddi həkim nəzarəti son dərəcə vacibdir.

Manevr.az xəbər verir ki, bu barədə medai.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin hospitalının endokrinoloqu Ayna Süleymanova diabet xəstələri və qalxanvari vəzi xəstəliyi olan insanların vaksinasiyası ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, şəkər xəstələrində koronavirus infeksiyasından ölüm faizi və ağır keçirmə riski digərlərinə nisbətən çoxdur.

“Vaksinasiya yalnız xəstənin ümumi vəziyyəti qənaətbəxş olduqda mümkündür”, - deyə mütəxəssis əlavə edib.

Həkim qalxanvari vəzi xəstəliklərinə gəldikdə isə otoimmun genez xəstəliklərini xüsusi qeyd edərək, bu xəstələrdə COVID-19 vaksinasiyasının xüsusi ehtiyatla aparılmalı olduğu barədə xəbərdarlıq etdi.

“Bu günə qədər bu mövzuda olduqca qeyri-müəyyən açıqlamalar var, çünki immunitet aparatının bu vəziyyətdə necə davranacağı bilinmir”, - deyə o, əlavə edib.

Endokrinoloq bildirdi ki, otoimmun tiroidit (Hashimoto), diffuz toksik zob (Greyvs xəstəliyi) və sair vaksinasiyanın əks göstəriş olduğu patologiyalardandır, yaxud xüsusi ehtiyatla aparılmalıdır.

“Hər bir halda, vaksinasiya həyata keçirilməzdən əvvəl, endokrin profili olan xəstələr arzuolunmaz təsirlərdən yan olmaq və sağlamlığı qorumaq üçün bir mütəxəssislə məsləhətləşməlidirlər”, - deyə Ayna Süleymanova vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar