Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Tarix: 03-02-2021 17:40     Baxış: 3211 A- / A+
Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Bir aydır ki, koronavirus xəstələrinin sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Ciddi mənada azalma görünür.
Manevr.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. Həkim bildirib ki, vaksinasiyadan sonra yaranan narahatlıqla bağlı müraciət edənlər çox azdır:

“Peyvənd olunan insanların sayı ilə əks təsirləri arasındakı nisbətə baxsaq, görərik ki, peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Məsələn, peyvənd sonrası 24, 48 saat arasında yüngül dərəcəli qızdırma, halsızlıq, yerli iltihabi reaksiya ola bilər. Bunlar normal əlamətlərdir. Əslində bu əlamətlərin olması vücudun peyvəndə qarşı yaxşı cavab verdiyini və qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir”.
Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Virusun meydana çıxan mutasiyalarından söz açan ekspert qeyd edib ki, Azərbaycanda sözügedən ştamlar hələ aşkarlanmayıb:

“Ümumiyyətlə, milyonlarla mutasiyalar var. Sadəcə Britaniya ştammı dedikdə iriçaplı mutasiya nəzərdə tutulur. Çünki xırdaçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Bu, genetik mutasiya çərçivəsindədir, klinik təzahürləri barəsində konkret fikir söyləmək çox tezdir. Çünki koronavirusun gedişatı və klinik təzahürləri bizə pandemiyanın 6-cı ayından sonra tam olaraq aydınlaşmağa başladı. Buna baxmayaraq, xəstəliyin əlamətləri sırasına bu gün də yeni klinik təzahürləri əlavə olunur. Odur ki, İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını demək çox tezdir. İlk mülahizələr bu yöndədir ki, mutasiyaya uğramış koronavirus daha sürətlə yayılır, daha geniş yayılma potensialı qazanıb. Amma xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə bağlı fikir irəli sürülməyib. Odur ki, ehtiyat tədbirlərini hər zaman olduğu kimi qorumalıyıq, qorunma yolları dəyişməz olaraq qalır. Çünki xəstəliyin yaranması üçün virusun hər hansı formada vücudumuza daxil olması lazımdır. İstər mutasiya olsun, istər olmasın. Mutasiyanın kliniki təzahürlərini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac var.

COVID-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün onun mutasiya olunmuş versiyası daha təhlükəsizdir. Yeni mutasiya olunsa da, onun ana strukturu köhnədir. Çarpaz immunitet deyilən bir fenomen var ki, hər hansı koronavirus növü ilə təmas etmiş, xəstəlik keçirmiş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır, yoluxsa belə, ağır keçirmə ehtimalı daha azdır. Odur ki, virusa qarşı bədənində antitellər yaranan insanlar yeni ştamma yoluxsa da, yüngül keçirəcəklərini demək üçün əsasımız var”.

Azərbaycanda koronavirusdan ölüm hallarının 2 faiz olduğunu deyən Fərrux Sədirov xəstəliyin sonrakı fəsadlarından da söz açıb:

“Pandemiya dünyanı cənginə alıb, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olur. COVID-19 xəstəsi heç bir şikayəti olmasa da, izolyasiya olunmalı və əmək fəaliyyətini dayandırmalıdır. Bütün bunlar dünyanın sosial-iqtisadi düzənini pozur. Yeni mutasiyaların daha sürətlə yayılması əlavə problemlər yaradır, təbii ki, öldürücülüyün eyni olaraq qalması daha ağır ola bilər. Güman edilir ki, virusun mutasiyası sadəcə yoluxuculuğa təsir edəcək, ölümdə isə azalma gözlənilir. Proqnozlar özünü doğruldarsa, virusla mübarizə aparmaq daha asan olacaq”.

Məktəblərin açılmasının yoluxma sayına təsirini həkim belə şərh edib:

“Bu günə qədər apardığımız tədbirlər effektiv olub. Azərbaycan koronavirusla mübarizədə çox öncül ölkələr arasındadır. Yoxlama strategiyası aparacağıq. Əgər bu nəticələr qənaətbəxş olmasa, daha faciəvi nəticələrin qarşısını almaq üçün məktəblərin bağlanması məsələsi dövlət səviyyəsində yenidən aktuallaşa bilər. Ümid edirəm ki, belə olmayacaq, cəmiyyətdə ciddi mənada dəyişiklik hiss edirəm, əvvəlki ilə müqayisədə məsuliyyət hissi daha çoxdur”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar