Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng şişlərinin 100 illik sirri açıldı

Tarix: 31-01-2021 22:51     Baxış: 3234 A- / A+
Xərçəng şişlərinin 100 illik sirri açıldı

Onkologiya ilə mübarizədə tibb elmi böyük bir yenilik edib.

Belə ki, şişlər barədə düşünülən 100 illik sirr çözülüb.

Manevr.az xəbər verir ki, ABŞ Memorial onkoloji mərkəzinin alimləri sirli Varburq effektinin izahını tapıblar.

Varburq nəzəriyyəsinə görə, şiş hüceyrələri sağlam hüceyrələrdən fərqli enerji hasil edir.

1921-ci ildə Nobel mükafatı laureatı alman alim Otto Varburq aşkar edib ki, şiş hüceyrələri enerji almaq üçün şəkəri yandırmır, qlükozanı süd turşusuna çevirməklə fermentasiya ilə enerji hasil edir.

Bu vəziyyət hüceyrələrin energetik stansiyası hesab edilən mitoxondriyaların zədələnməsi ilə əlaqələndirilirdi.

Lakin sonradan elm sübut etdi ki, mitoxondriyalar düzgün fəaliyyət göstərir

Yeni elmi tədqiqatda alimlər bu effektlə şiş hüceyrəsində olan siqnal molekulu - kinaza P13 arasında əlaqəni tapıblar.

Məhz bu ferment hüceyrələrin böyüyüb artmasında rol oynayır.

Məlum olub ki, şiş hüceyrələri yerindən hərəkət etməyə başlayanda və Varburq sisteminə görə metobolizm baş verəndə, kinazanın səviyyəsi artır. Bu isə hüceyrənin daha çox sayda bölünməsinə səbəb olur.

Mutant hüceyrələr bu mexanizmdən istifadə etməklə çoxalır.

Bu elmi kəşfə görə şiş hüceyrələri ilə mübarizədə gəmin fermentin bloklanması üzərində çalışmaq olar./medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar