Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Vaksinlər bu səbəbdən yenisi ilə əvəz oluna bilər - Türk professor açıqladı

Tarix: 25-01-2021 17:16     Baxış: 3232 A- / A+
Vaksinlər bu səbəbdən yenisi ilə əvəz oluna bilər - Türk professor açıqladı

“Cənubi Afrikada ortaya çıxan mutant koronavirusa hazırda istehsal olunan peyvəndlərin effektiv təsir göstərməyəcəyi ilə bağlı xeyli məlumat var. Bu, bəzi vaksinlərin yenilənməsinin və vaksinasiya prosesinin yenidən aparılmasının lazımlı olacağını göstərir”.

Manevr.az xəbər verir ki, bu sözləri Cənubi Afrikada meydana gələn mutant koronavirusun vaksinasiyaya təsirlərindən danışan türkiyəli professor Serhat Ünal deyib.

Professor bildirib ki, peyvəndin koronavirusa qarşı təsirini ölçmək üçün virusdan cisimlər götürülür və laboratoriyada qarşılıqlı müqayisə edilir: “Eyni test yeni mutant virusa da tətbiq edilir. Məlum olub ki, hazırkı peyvənd koronavirusun yeni növünü on qat daha az miqdarda bloklayır. Bu isə müqavimətin əvvəlkindən 10 dəfə az təsirli olduğunu göstərir. Bununla yanaşı, mutant virusun hüceyrəyə başqa bir yolla daxil ola biləcəyi də iddia edilir”.
Vaksinlər bu səbəbdən yenisi ilə əvəz oluna bilər - Türk professor açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd edilib ki, vaksinin effektivliyində 8 qat azalma olduğu təqdirdə, tətbiq olunan peyvəndin götürülərək yenisi ilə əvəz olunması şərtdir. Cənubi Afrika mutantında isə 10 qat azalma qeydə alınıb.

S.Ünal əlavə edib ki, “Sinovac” və təsirsiz hala gətirilmiş peyvəndlərin bu mərhələdə göstərəcəyi effekt hələ ki, müəyyən edilməyib. Bu istiqamətdə araşdırmalar aparılır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar