Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim virusun qadın səhhətinə təsirindən danışdı

Tarix: 23-01-2021 19:07     Baxış: 3247 A- / A+
Həkim virusun qadın səhhətinə təsirindən danışdı


COVID-19-un qadınların reproduktiv sağlamlığına təsir etdiyinə dair dəqiq bir dəlil yoxdur. Lakin təcrübə göstərir ki, koronavirus infeksiyası keçirmiş qadınlar bir sıra problemlərlə qarşılaşırlar.


Manevr.az
-ın məlumatına görə, media.az bu barədə pandemiya xəstəxanasının həkimi, infeksionist- reanimatoloq Polina Əliyeva ilə ətraflı söhbət edib.

“Koronavirus infeksiyası, ağciyərlərlə birlikdə insanın digər orqanlarına da təsir edə bilər. Bu virus yeni olduğundan və hələ tam öyrənilmədiyindən mümkün fəsadlarla bağlı dəqiq statistik məlumat verə bilmirik”, - deyə o, bildirib.

P.Əliyevanın sözlərinə görə, COVID-19 insult, infarkt, pankreatit, meninqoensefalit kimi fəsadlara yol aça bilər. Belə patologiyalarla həkimlər bir neçə dəfə qarşılaşıblar.

Həkim bildirib ki, virus mikrotromboza səbəb olur, bu isə yumurtalıqların ümumi tədarükünə təsir göstərə bilər. Sözügedən hal sonradan atrofiyaya və sonsuzluq da daxil olmaqla müvafiq nəticələrə səbəb ola bilər.

“Koronavirusa yoluxma qadınlarda menstrual dövr və reproduktiv funksiyaya təsir edə bilər. Bundan əlavə, ağır xəstəlik keçirmiş xəstələr uzun bir reabilitasiya dövrü keçir və müvafiq olaraq uzun müddət xroniki yorğunluqdan, apatiyadan əziyyət çəkirlər. Bəzi xəstələrdə yoluxma libidonun azalmasına səbəb olur”, - deyə P.Əliyeva bildirib.

Həkim, bir il – il yarımdan sonra koronavirus infeksiyasının hansı fəsadlara səbəb olduğu barədə xüsusi statistik məlumatlar əldə etmək mümkün olacağını qeyd edib.

“Hələlik isə yalnız öz təcrübəmə etibar edə bilərəm. Buna görə COVID-19 keçirən hər kəsə mütləq şəkildə tam tibbi müayinədən keçmələrini tövsiyə edirəm”, - deyə Polina Əliyeva sözlərini yekunlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar