Xəbər lenti
Boyun ağrıları niyə yaranır? – Qurtulmağın 5 qızıl qaydası
Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olub. Boyun beyni və 5 duyğu orqanını özündə saxlayan başın bir hissədir. Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları – viplaş, disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar.
Manevr.az boyun ağrılarından qurtulmağın 5 qaydasını təqim edir:
Uzun müddət masa arxasında oturmayın!
Boyun ağrısından şikayətiniz varsa, ağrıya rəğmən düzgün hərəkət etməyə çalışın. Əgər kompüter qarşısında oturmağınızı tələb edən işiniz varsa, 2 saatdan bir fasilə verərək istirahət edin. Bunlar kürək və boyun əzələlərinizi rahatlaşdıraraq boyun ağrınızı azaldacaq.
Yuxu önəmlidir!
Yatarkən seçdiyiniz pozisiya da boyun ağrılarınıza səbəb ola bilər. Düzgün yatmaq onurğanızın rahatlaşmağına kömək olur. Bu səbəblə, boynunuz üçün yastıq seçimi də çox önəmlidir. Kürək və boynu ideal şəkildə rahatlaşdıran xüsusi yastıqlar, ağrılarınızı yox etmək üçün ən yaxşı alternativdir.
Oturmağınıza diqqət edin!
Boyun ağrınızın qarşısını almaq istəyirsinizsə, təkcə yatmaq deyil, eyni zamanda oturma şəklinizə də diqqət etməlisiniz. Kompüter qarşısında oturmaq qaydalarına riayət etsəniz, boyun ağrılarınızdan qurtulacaqsınız.
Boyun ağrılarının bir nömrəli köməkçisi – isti!
İsti, boyun və kürək problemlərini olduqca rahatlaşdırır. Lakin ağrı iltihablaşmaqdan qaynaqlanırsa, isti tamamilə əksinə təsir göstərə bilər. İsti su torbası ilə etdiyiniz kompres gərginliyinizi azaldır və hərəkət qabiliyyətinizi artırır. Boynunuzu qış fəslində soyuq hava axınlarından qorumaq üçün mütləq şərf taxın.
Stressdən uzaq durun!
Xroniki stress, boyun və kürək ağrısının ən çox qarşılaşılan səbəblərindən biridir. Xüsusilə stress, çiyin və kürək bölgəsində gedərək artan narahatlıqlara səbəb ola bilər. Buna görə də, aktiv stressinizi azaltmaq üçün müalicə, psixoterapiya və hobbi kimi fəaliyyətlərdən faydalanın.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar