Xəbər lenti
Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər
“Metformin” qəbul etmək diabet xəstələrində COVID-19 səbəbilə ölüm nisbətini üçqat azaldır.
ABŞ-ın Alabama Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib.
Bildirilib ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən “Metformin”, sözün əsl mənasında, COVID-19 xəstəliyindən əziyyət çəkən diabet xəstələrinin həyatını xilas edə bilər. Belə ki, koronavirusa yoluxmadan əvvəl mütəmadi olaraq “Metformin” qəbul edən şəkərli diabet xəstələrinin sağ qalma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən üçqat daha çox olub.
Yeni tədqiqatın müəllifləri koronavirusa yoluxması təsdiqlənmiş 25 min 300-dən çox xəstənin tibbi qeydlərini təhlil edib. Tədqiqatçılar “Metformin” və insulin əlavəsinin xəstələrin ölümü üzərindəki təsirlərini araşdırıb. Məlum olub ki, insulinin (I tip diabetli xəstələr üçün) ölüm riski üzərində heç bir təsiri yoxdur. Bununla birlikdə, infeksiyadan əvvəl “Metformin” qəbul edən şəkərli diabet xəstələrində COVID-19-dan ölmə ehtimalı əhəmiyyətli dərəcədə az olub və diabetik olmayan xəstələr arasında ölüm riski ilə müqayisə edilə bilər.
Böyük Britaniyanın Milli Sağlamlıq Sisteminin məlumatına görə, 1-ci tip şəkərli diabeti olan insanların infeksiyadan ölüm riski diabeti olmayanlara nisbətən 3,5 dəfə çoxdur. 2-ci tipdə isə bu rəqəm 2 dəfə təşkil edir.
Xüsusi qeyd: bu tip araşdırmaların nəticəsi təsdiqlənmiş formada yayılsa da, dərman şirkətləri tərəfindən kommersiya məqsədilə təhrif edilərək tirajlanması ehtimalını istisna etməməkdə fayda var./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar