Xəbər lenti
Həftədə 2 dəfə sarımsaq yesəz, nə baş verər?

Həftədə 2 dəfə sarımsaq yesəz, nə baş verər?Sarımsaq insan sağlamlığı üçün vacib olan ən faydalı qidalar arasında yer alır. Amma onu da istifadə etməyin bəzi incə məqamları var ki, diqqət edilsə, faydası ikiqat artar.
Manevr.az medicina.az-a istinadən tükr dietoloq Şəbnəm Kandıralı Yıldırımın açıqlamasını təqdim edir:
Qida zəhərlənmələrinin qarşısını alır
Elm adamları qida zəhərlənmələrində tez-tez yaşanan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklər əvəzinə sarımsağın yüz qat daha təsirli olduğunu təyin edib.
Xərçəngin qarşısını alır
Araşdırmalar sarımsaq yeməyin döş xərçəngi riskini azaltmağa yardımçı olduğunu göstərib. Çində aparılan bir araşdırmada həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskinin yarı-yarıya azaldığı aşkarlanıb.
Bəs sarımsağı necə yemək lazımdır?
Sarımsağı əzilmiş və ya çiy olaraq yemək lazımdır. Əzildiyində hidrogen sulfid daha da aktivləşir ki, bu da qan təzyiqi səviyyəsinin normal qalmasını dəstəkləyir. Bundan başqa ürək üzərində faydalı təsirləri var.
Sarımsağı bişirməyin
Dadını seviriksə, yeməklərə qatıb bişirməkdənsə çiy yemək daha məsləhətlidir. Çünki bişirmə prosesi hidrogen sulfidin yaranmasını əngəlləyir.
Pis qoxusu səbəbindən çiy yemək istəməyənlər isə, südlə birlikdə istifadə etsələr, qoxu problemindən qurtularlar.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar