Xəbər lenti
Vaksinin zərərli olmasına inanmaq... - Professor

Vaksinasiya prosesinə isti yanaşmaq lazımdır. Peyvəndləmənin zərərli olması barədə təbliğata inanmaq olmaz.
Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a professor Adil Qeybulla bu gündən ölkədə vaksinasiya prosesinin başlaması haqda danışarkən deyib. O bildirib ki, vaksinasiyanın əks-təsirləri ilə bağlı iddialar əsassızdır:
“Çox tragikomikdir: vaksinasiya başlamadan şayiələr yayıldı. Halbuki infeksiyanın yayılmasının qarşısını almaq, bu infeksion zənciri qırmaq üçün vaksinasiya çox önəmlidir. Düzdür, peyvənd olunmaq hələ pandemiyanın sonu demək deyil. Çünki immunitet formalaşması üçün vaxt lazımdır. Peyvənd olunmuş şəxslər də maska taxmalı, sosial məsafəni gözləməlidirlər.
Dozalararası müddət 21 gün müəyyənləşdirilib. Ona görə də bu prosesə müsbət yanaşılmalıdır və heç bir antitəbliğata uymaq lazım deyil. Daha əvvəl vaksinasiyanın hesabına onlarla xəstəlik yoxa çıxıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar