Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hande Harmancıdan vaksinlərlə bağlı AÇIQLAMA

Tarix: 13-01-2021 12:11     Baxış: 3244 A- / A+
Hande Harmancıdan vaksinlərlə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var.

Manevr.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST təcili istifadəyə dair lisenziyalaşdırma meyarlarını müəyyən edib:

"Biz istehsalçıların müraciətlərini qəbul etməyə hazırıq. İndiyə qədər ən azı on şirkət bizə müraciət edib və ya ilkin sənədlərini təqdim edib. Göndərilən məlumatlar yalnız 3-cü mərhələ klinik sınaq nəticələri hazır olduqda təcili istifadə lisenziyası üçün nəzərə alınacaq".

H.Harmançı əlavə edib ki, hazırda 230-dan çox peyvənd inkişaf mərhələsindədir. Bunlardan ən azı 60 namizəd peyvənd insan üzərində sınaqdan keçirilir. Təxminən 16 namizəd peyvənd 3-cü sınaq mərhələsindədir:

"Ümumdünya Səhiyyə Təşkilatı 31 dekabr tarixində Pfizer/BioNTech peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-nin İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: Moderna və AstraZeneca peyvəndləri. Yerli tənzimləyici qurumlarla yanaşı, Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi ilə yaxından əməkdaşlıq edirik".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar