Xəbər lenti
Azərbaycanda koronavirus sona çatır - TARİX AÇIQLANDI

“Biz yaxın aylarda COVID-19 virusunun tamamilə zəiflədiyini və sıradan çıxdığını görəcəyik”.
Manevr.az xəbər verir ki, bu sözləri redaktor.az-a tibb eksperti Adil Qeybulla karonavirusun mart-aprel aylarında yox olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qarşıdakı aylarda virusdan yaxa qurtarmaq mümkün olacaq:
“Koronavirus "İspan qripi"ndən daha uzun müddət davam edə bilməz. Bunu daha öncə də qeyd etmişdim. Virusu analiz edəndə onun ömrünün çox qısa olduğu ortaya çıxır. Bu baxımdan, deyə bilərəm ki, yaxın aylarda COVID-19 virusunun tamamilə zəiflədiyini və sıradan çıxdığını görəcəyik”.
A. Qeybulla vaksinasiya ilə bağlı da danışıb:
“Qeyd edim ki, təkcə vaksinasiya yoluxmanın sonu demək deyil. Amma vaksinasiya ilə birlikdə kollektiv immunitetin yaranması virusdan canımızı qurtara bilər. Bu baxımdan, vaksinasiya virusun yox olması üçün önəmli bir addımdır.
Ümumiyyətlə, bu virusun insan orqanizmində uzun müddət qalma imkanı yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, mart-aprel aylarından sonra koronavirusla mübarizədə müsbət nəticələr əldə olunacaq”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar