Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Simsiz qulaqlıqlar təhlükəlidirmi?

Tarix: 07-01-2021 09:46     Baxış: 3216 A- / A+
Simsiz qulaqlıqlar təhlükəlidirmi?

Simsiz qulaqlıqlar, digər oxşar cihazlar kimi ionlaşmayan radiasiya yayır. Onların sağlamlığa mənfi təsirlərinin, yaxud da əksinə təhlükəsizliyinin birmənalı sübutu yoxdur.

“Praym”ın məlumatına görə, bu barədə “Roskaçestvo” Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanov bildirib.

Onun sözlərinə görə, istehlakçılar adətən simsiz qulaqlıqların radiasiyanı mümkün qədər başa yaxın ötürməsindən narahatdırlar.

“Burada bunun mobil telefonlardan bir neçə dəfə az olduğunu anlamalısınız. Bu səbəbdən simsiz qulaqlıqlar nəzəri olaraq daha az riskə səbəb olur”, - deyə ekspert izah edib.

Onun sözlərinə görə, ABŞ-ın “Consumer Reports” istehlak təşkilatının mütəxəssisləri hətta mobil telefonlardan potensial riskin azaldılmasının yollarından birinin qulaqlıq (hətta simsiz) istifadə etmək olduğunu iddia edirlər.

Simsiz cihazların sağlamlığına zərər verə biləcəyindən qorxanlar üçün Kukanov bu tip qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı - gün boyu onlarla gəzməməyi və onlarla yatmamağı tövsiyə edir.

“Ayrıca, yüksək səsin, xüsusən də uzun müddət qulaqlıq istifadə edildikdə eşitməyə mənfi təsir göstərdiyini unutmayın. Bu vəziyyətdə eşitmə duyğu hüceyrələri zədələnir, bu da eşitmə itkisinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün belə qulaqlıqlar gündə üç saatdan çox istifadə edilməməlidir (davamlı maxsimum iki saat), həmçinin səs yüksək olmamalıdır”, - deyə Kukanov sözlərini yekunlaşdırıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar