Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnanılmaz faydaları olan 12 qida: Ac olanda yeyin

Tarix: 05-01-2021 23:08     Baxış: 3187 A- / A+
İnanılmaz faydaları olan 12 qida: Ac olanda yeyin


Yaxşı həzm üçün önəmlidir. Bunun üçün isə etməli olduğumuz bir çox şey var. Yemək zamanı nə yediyimiz və nə zaman yediyimizin də önəmi olduqca vacibdir. Bəzi qidaları səhər, ac qarına yediyimiz zaman normaldan daha faydalı olur.

1. Bal

Bal sizin immunitet və həzm sisteminizi oyandırmağa kömək edir. Təmbəl bağırsaq sindromunun və digər mədə problemlərinin həllinə kömək edir. Eyni zamanda bədəndəki zərərli virus və bakteriyalarını təmizləyir.

2. Quru çərəzlər


Quru çərəzlər, xüsusilə ac olduğunuz zaman yaxşı bir seçimdir. Badam və ya qoz kimi seçimlər sizi doyurmaqla qalmır, eyni zamanda mədə qıcqırmadan ürək üçün yağlar və digər önəmli maddələri təmin edir.

3. Pendir


Əgər bir şeylər yeyən zaman həzmsizlik və ya mədə turşuması ilə qarşılaşırsınızsa, ac qarına bir dilim pendir mədənizi hazırlayacaq. Süd məhsulları sizə problem yaradırsa, bunu bir dilim kraker ilə də yeyə bilərsiniz.

4. Qarpız


Çox yaxşı bir lif qaynağıdır. Qarpızın həm tox tutması, həm də yeməklərdən sonra şişkinlik kimi narahatlıqlar yaratması səbəbi ilə ac ikən yeyilməsi məsləhət görülür.

5. Yumurta


Daha uzun müddət tox hiss etdirməsi üçün yumurtanı ac qarına yeməyiniz ən böyük səbəblərdən biridir. Araşdırmalar göstərib ki, səhərlər yumurta yeyildiyi zaman tükədilən gündəlik kalori miqdarının sayı azalır.

6. Yaşıl alma


Yaşıl alma hüceyrələrə zərər verən sərbəst radikallarla savaşa bilir. Bu səbəblə səhər ac qarına yeyilən yaşıl alma bədəninizin gün ərzində qarşılaşdığı zərərli maddələrlə daha yaxşı mübarizə aparmasına kömək edəcək.

7. Sarımsaq


Normal miqdarda ac qarına tükədilən sarımsaq, tərkibindəki antioksidant xüsusiyyəti sayəsində bədənə çox daha faydalı olur.

8. Su


Ac qarına su içmək kilo verməyinizə kömək edərkən, həm də immunitet sisteminizi gücləndirir, bəzi infeksiyaların qarşısını alır, həzmsizlik sıxıntılarının həll olmasına və cildin daha gözəl olmasına kömək edir.

9. Xurma


Çox yararı olan möcüzəvi xurma ac ikən yeyildiyində bağırsaq parazitləri ilə güclü şəkildə savaşır.

10. Yulaf


Yulaf, qara buğda, buğda toxumu kimi məhsullar mədə divarında qoruyucu bir təbəqə əmələ gətirərək mədə turşusunun mədə divarlarına zərər verməsinin qarşısını alır. Həzm sistemini qaydasına salır.

11. Zeytun yağı


Həkim məsləhəti ilə və doğru miqdarda ac qarına içilən zeytun yağı yaxşı xassəli xolesterolun yüksəlməsinə və pis xassəli xolesterolun azalmasına kömək edir.

12. Kəklikotu çayı


Kəklitotu çayı ac ikən içiləndə antioksidant xüsusiyyəti göstərir, həzmsizlik problemləri ilə savaşmaqda isə olduqca effektivdir.

Qeyd edək ki, əgər hər hansısa bir probleminiz varsa, bunun üçün həkim məsləhəti almağınız tövsiyə olunur. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar