Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur professor virusla mübarizə aparan qidaları AÇIQLADI

Tarix: 03-01-2021 22:38     Baxış: 4296 A- / A+
Məşhur professor virusla mübarizə aparan qidaları AÇIQLADI

Professor Oğuz Özyaral hesab edir ki, immun sisteminin koronavirusa qarşı mübarizədə güclü olması üçün qidalanmaya ciddi fikir vermək lazımdır.

Manevr.az xəbər verir ki, professor müsahibəsində mövsümi meyvə-tərəvəzlərə və ev yeməklərinə üstünlük verməyi tövsiyə edib.

"Koronadan sağalmış insanlarda vəziyyət dəyişə bilər. Bəzilərində çox sayda antikor ola, bəzilərində isə ümumiyyətlə, meydana gəlməyə bilər. Bu qrup 2-3 aydan sonra yenidən xəstəliklə qarşılaşa bilərlər. Qrip və yuxarı tənəffüs yolu infeksiyaları kimi təkrar-təkrar qayıtmaq ehtimalı yüksəkdir. İnfeksiya nə qədər tez yayılarsa, simptomlar o qədər sürətli artacaq. Gizli bir infeksiya varsa, gizli daşıyıcıda uzun müddət qalır və çox yayılır. COVID-19-un dünyaya təsiri 1 ildir davam edir. Hamımız bu virusun hər kəsə xarakterik təsir göstərdiyini gördük. Temperatur qalxır, nəfəs ala bilmirsən. Kimisi nəfəs ala bilir, kimisi yox. Bəzilərində temperatur çox yüksək oldu, bəzilərində isə bu vəziyyət müşahidə olunmadı. Ancaq nəticədə testi pozitiv çıxan insanların müalicəsi üçün tətbiq olunan metodda bir dəyişiklik olmadı. Həmişə eyni sistemi tətbiq etdik" , - həkim qeyd edib.

Həkim əlavə edib ki, şəkər əlavə olunmadan mövsümi meyvələrdən kompot hazırlanıb içilə bilər. Ancaq şəkər əlavə etməmək çox vacibdir, çünki bu virus şəkəri sevir: "Diabet xəstələrində də böyük bir problem var. Niyə kompot tövsiyə edirik? Çünki yemək bişdikcə içindəki fitokimyəvi maddələr maye hissəyə keçir və bədənə daha çox fayda verir. Bibər və pomidor qovrulduqda daha çox likopen alınır. Bu əla C vitamini mənbəyinə çevrilir. Brokkoli, kələm, kərəviz və kök kimi bəzi tərəvəzlərdə olan liflər çox güclü qidalardır. Bağırsaqlarımız liflə doymuş olmalıdır. Bağırsaqları boşaltmaq digər infeksiya ocaqlarına yol açmaq deməkdir. Digər infeksiya ocaqları isə immunitetin azalmasına gətirib çıxarır".

Mütəxəssis eyni zamanda uşaqlara bal və bəhməz yedirməyi tövsiyə edib. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar