Xəbər lenti
Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkim
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev koronavirusla bağlı yaxın zamanda ölkəmizdə aparılması planlaşdırılan vaksinasiya prosesi ilə əlaqədar bir sıra təkliflər hazırlayıb.
Manevr.az xəbər verir ki, A.Əliyev peyvəndləmə prosesinə start verilmədən öncə karantin rejiminin ləğv edilməsi, müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər və s. təqdim edilməsinin vacib olduğunu bildirib:
“Həmçinin KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür.
Bütün insanların təkcə rəsmi pasport qeydiyyatında olduğu məkan üzrə deyil, həmçinin faktiki yaşadığı əraziyə ən yaxın olan tibb müəssisəsinə yaxınlaşaraq rahat şəkildə peyvənd etdirə bilməsini təmin etmək lazımdır. Əks halda virusun daha da geniş yayılmasına zəmin yarana bilər.
Peyvənd etdirmək istəyən şəxslərdən qanında müvafiq antitellərin olub-olmamasına aid analiz tələb edilməlidir.
Sars-Cov-2 virusuna qarşı peyvənd edilmiş şəxslərə müvafiq arayışın təqdim edilməsini uyğun sayıram”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar