Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

COVID-19-un beyin damarlarına təsiri müəyyənləşib

Tarix: 02-01-2021 10:01     Baxış: 4186 A- / A+
COVID-19-un beyin damarlarına təsiri müəyyənləşib


Alimlər COVID-19-la beyin damarlarının zədələnməsi arasında əlaqə tapıblar.


Bu barədə “New England Journal of Medicine”də məqalə dərc edilib.

Bildirilir ki, koronavirus beyin toxumasına nüfuz etmir, ancaq beynin içindəki kiçik damarların divarlarını zəiflədə, qanaxma və insulta təsir göstərə bilər.

Bu ilin mart-iyul ayları arasında ölən bir neçə koronavirus xəstəsində beyin qan dövranı sisteminin vəziyyəti araşdırılıb.

İlkin analizlər ölümlərin beyin zədələnməsi ilə əlaqəli olduğunu göstərib.

MRT müayinələrdən məlum olub ki, beyində bir çox iltihab ocağı və kiçik qanaxma, kiçik kapilyarların və digər damarların divarları qan və içindəki zülallar üçün keçirici hala gəlib.

“İnfeksiya və xroniki oksigen çatışmazlığı nəticəsində yaranan zədənin izlərini görəcəyimizi gözləyirdik. Bunun əvəzinə, sinir toxumasında adətən beyin insultu və ya iltihabından sonrakı çox kiçik zədə meydana gəldi”, - deyə mütəxəssislər qeyd edib.

Virus nə xəstələrin beynində, nə də damarlarında tapılıb. Beynin kapilyarlarının SARS-CoV-2-yə yoluxma səbəbindən deyil, immunitet sisteminin çox yüksək fəaliyyəti səbəbindən məhv edildiyi ortaya çıxıb, o, yalnız virusa deyil, qan damarlarının sağlam hüceyrələrinə də hücum etməyə başlayıb. Nəticədə, orada qan laxtaları və mikrogliyalarla dolu olan “dəliklər” meydana gəlib.

İndi alimlər beyin damarlarındakı zədənin nə qədər davam etdiyini anlamalı və bunların qarşısını ala biləcək və ya aradan qaldıracaq bir terapiya seçməlidirlər./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar