Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa yoluxanların ağırlaşmasına səbəb olan əsas səhvlər - Həkim RƏYİ

Tarix: 26-12-2020 20:19     Baxış: 5174 A- / A+
Koronavirusa yoluxanların ağırlaşmasına səbəb olan əsas səhvlər - Həkim RƏYİ

Son zamanlar bir çox mütəxəssislər koronavirus xəstələrinin ağırlaşmasına səbəb olan amillər haqda danışırlar. Mütəxəssislər hesab edir ki, əsasən evdə müalicə zamanı yol verilən yanlışlar, ələlxüsus da ehtiyac olmadığı halda antibiotik, horomonal dərmanların qəbulu xəstələri ağırlaşdırır.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadn olan həkim- terapevt, tibb elmləri namizədi Andrey Kondraxin də koronavirusa yoluxanların ağırlaşmasına səbəb olan əsas səhvlərdən bəhs edib. Onun sözlərinə görə, bədəni yükləməmək, düzgün qidalanmaya riayət etmək və spirtli içki qəbul etməmək vacib şərtdir.
Tam olmayan müalicə xəstələrin yenidən ağırlaşmasına, xəstəliyin şiddətlənməsinə səbəb olur. Həkim deyib ki, terapiya çox erkən dayandırılsa, xəstəlik həqiqətən geri qayıda bilər. Onun sözlərinə görə, bir çox xəstələr xəstəxanalardan ən qısa müddətdə çıxmağı və simptomlar aradan qaldırılan kimi dərman qəbulunu dayandırmağı üstün tuturlar: "Fəsad riskini azaltmaq üçün bir neçə şərtə və ən başlıcası evdə müalicə üçün həkim tövsiyələrinə riayət edilməlidir. Dərmanlar bir aylıq təyin olunubsa, bir ay içilməlidir. Qanı ianalizini zləmək və sağalandan iki həftə sonra yenidən test aparmaq da vacibdir".
Bundan əlavə, mütəxəssis vurğulayıb ki, zəifləmiş orqanizm soyuqdan, üşüməkdən qorumaq çox vacibdir. O, ən azı bir ay ərzində fiziki fəaliyyətdən, yağlı, ədviyyatlı, şirin və duzlu qidalardan və alkoqoldan imtina etməyin vacibliyini qeyd edib. Terapevt B və D vitaminlərinin səviyyəsini idarə etməyi və qan təzyiqini izləməyi də məsləhət görüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar