Xəbər lenti
Koronavirusun müalicəsi neçəyə başa gəlir?
Ölkədə tətbiq olunan sərt karantin rejiminə görə, 600 min vətəndaşa yenidən 190 manat ödəniləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib.
Bildiyimiz kimi, hazırda koronavirusa yoluxan və bu səbəbdən də izolyasiya olunaraq müalicə alan dövlət qurumlarının əməkdaşlarına əmək haqqları ödənilir, bəs özəl müəssisələrdə bu proses necə tənzimlənir? Məsələ ilə bağlı şifahi açıqlama verməklə kifayətlənən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib ki, əmək məcəlləsinə uyğun olaraq özəl şirkətlər koronavirusa yoluxan əməkdaşlarının məvacibini mütləq ödəməlidirlər.
Məsələnin başqa bir tərəfi, aylıq 400-500 manat məvacib alan bir şəxs COVID-19 kimi müalicəsi baha başa gələn xəstəliklə mübarizə apara bilirmi?
Baku TV məsələ ilə bağlı, təxmini bir hesablama aparıb. Nəzərə alaq ki, hər hansı bir şəxs COVID-19-a yoluxub-yoluxmadığını öyrənmək üçün ilk test verməlidir. Bu gün ölkədə koronavirus testinin qiymətinin 100 manatdan başladığı isə heç kimə sirr deyil. Bu məbləğin üzərinə xəstəliyin müalicə prosesini gəldikdə isə, necə deyərlər xərci borcu ödəmir.
Görünən isə odur ki, koronavirusun müalicəsi əməlli-başlı xərc tələb edir. Vay o gündən ki, heç bir yerdə işləməyən, yalnız 190 manat birdəfəlik ödəmənin ümidinə qalan şəxs bu xəstəliyə yoluxa. Əsl faciə isə məhz o zaman başlayır.
Odur ki, mövcud reallıqda ən yaxşısı çalışıb koronavirusa yoluxmamaqdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar