Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər?

Tarix: 22-12-2020 15:23     Baxış: 3178 A- / A+
Köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər?

COVİD-19 virusuna qarşı hazırlanan vaksinlərin koronavirusun mutasiyaya uğramış yeni formasına qarşı nə dərəcədə effektiv olacağı açıqlanıb.

Manevr.az-ın məlumatına görə, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, virusa qarşı müxtəlif peyvəndlər hazırlanıb. Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların necə hazırlanmasından asılıdır:

"Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Çünki onlar dəyişikliklərin baş verdiyi spayk proteindən asılıdır. Buna görə də effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin effektiv olma faizi aşağı düşə bilər. Bu faizin tam olmasa da, düşəcəyi gözlənilir. Çünki həmin o proteində əmələ gələn dəyişiklik vücudumuzdakı immun sisteminə təsir edir və antitellər əmələ gəlir. Vaksinin əmələ gətirdiyi antitel mutasiyadan öncəki virusun proteininə qarşı idi. Ona görə də o, onu yaxalayacaqdı".

A.Allahverdiyev qeyd edib ki, hazırlanan vaksinləri mutasiyaya uğramış virusa uyğunlaşdırmaq mümkündür. Bunun üçün qiymətləndirmələr aparıla bilər: "Vaksini hazırlayanlar üçün bunu etmək o qədər də çətin deyil. Onlar həmin xəstələrdən virusu izolə edəcəklər. Bundan sonra onlar mutasiyaya uğramamış virusu insanların bədənində yaranan antitellərlə neytralizə edəcəklər. Məncə, bunu qısa zaman ərzində biləcəklər ki, köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər"./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar