Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağciyəri təmizləyən 4 MÖCÜZƏ

Tarix: 22-12-2020 09:49     Baxış: 4194 A- / A+
Ağciyəri təmizləyən 4 MÖCÜZƏ

Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur. Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.

Manevr.az xəbər verir ki, ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və çirkli havadan da zədələnir. Buna görə qidalanmaya müntəzəm olaraq ağciyəri təmizləyən məhsulları daxil etmək lazımdır. Bu hansı məhsullardır?

1. Qreypfurt

Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr ağciyərin hüceyrələrinin bərpasını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyərdə pozulmaların riskini azaltmaq üçün tünd turş dadına malik olan qreypfurt yeməyi tövsiyə edirlər.

2. Sarımsaq

Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.

3. Zəncəfil

Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını (bərpasını) sürətləndirir.

4. Yerkökü

Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar