Xəbər lenti
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi

Smartfonlar müasir dünyada insanın yaxın dostu halına gəlib, lakin əksər hallarda elektromaqnit radiasiya sağlamlığa mənfi təsir göstərə bilər.
Manevr.az xəbər verir ki, rusiyalı nevroloq Marat Yakupov bu dalğalardan qorunmağın yollarından danışıb. Həkimin sözlərinə görə, bu, insanların cihazlardan istifadə müddətindən və bədənə nə qədər yaxın tutduqlarından asılıdır. Mütəxəssis elektron cihazların baş ağrısı, yuxusuzluq və əsəbiliyə səbəb ola biləcəyini xatırladıb.
“Elektromaqnit dalğaları daxili toxumaların istiləşməsinə səbəb olur. Mobil cihaz retina, beyin, eşitmə, vestibulyar və görmə strukturları tərəfindən sovrulan təhlükəli radiasiya yaradır”, - Yakupov “Praym” agentliyinə verdiyi müsahibədə deyib.
Nevroloq daha az gücə sahib smartfon seçməyi və cibdə gəzdirməməyi məsləhət görüb. Həkim yatmazdan əvvəl cihazı söndürməyin daha yaxşı olduğunu qeyd edib.
Yakupov ən zərərli anın zəng rejimi olduğunu bildirib. Bu anda radiasiyanın ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib, buna görə cihazı yalnız abunəçi cavab verdikdən sonra qulağa yaxınlaşdırmağı məsləhət görüb./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar