Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əllərdə yaranan quruluğun qarşısını necə almaq olar?

Tarix: 12-12-2020 22:53     Baxış: 3216 A- / A+
Əllərdə yaranan quruluğun qarşısını necə almaq olar?

Havaların soyuması ilə bağlı olaraq pasientlər daha çox dəri quruluğundan şikayət edirlər. Soyuq havada əllərimizi daha çox isti suda yuduğumuz üçün əllərdə dəri quruluğu yaranır və daha çox dermatit inkişaf edir.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu dermatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Sevinc Kərimova deyib.

Onun sözlərinə görə, pandemiya dövrü olduğuna görə, hər zaman əlləri mütəmadi olaraq ilıq su, sabunla yumaq tövsiyə olunur. Bunun da dəridə quruluq yaranmasına səbəb olduğunu deyən dermatoloq bildirib ki, ovucla, ayaq altından başqa bütün dəri örtüyündə piy vəziləri var. Bu piy vəziləri müntəzəm olaraq dərini yağlandırır, elastikliyi, yumşaqlığı təmin edir: "İsti su ilə yuyunanda dərinin təbii yağlanmasını yox edirik. Dərinin elastikliyi itir deyə çatlar, hətta qanayana qədər dərin çatlar əmələ gəlir. Təbii ki, gigiyenik qaydalara əməl etmək lazımdır, pandemiya dövründə bu, çox vacibdir. Amma çalışmaq lazımdır ki, əlimizi yuduğumuz su çox, həddən artıq isti olmasın. Həddən artıq soyuq su da dərini quruda bilir. Yuyunduğumuz su ilıq olmalıdır. Əllərimiz üşüməyən, otaq temperaturu həddində olan su ilə yuyulmalıdır. Soyuq, şaxtalı havalarda isə bayıra çıxanda mütləq isti əlcəklər geyinmək lazımdır".

S. Kərimova dərinin quruluğunun qarşısını almaq üçün daim nəmləndirici, yumşaldıcı olaraq kremlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bununla dərini quruluqdan qorumaq və problemin qarşısını almaq olar.

Dermatoloq onu da deyib ki, metabolizma prosesi normal getməyən insanlarda avitaminozlar nəticəsində də dəri quruluğu yaranır: "Bu tip dərilərə biz müalicəvi olaraq vitaminlər təyin edirik. Amma bunu özbaşına vitamin deyib qəbul etməyi məsləhət görmürəm. Çünki müəyyən qrup insanlar var ki, onlar bir sıra xroniki xəstəliklərdən əziyyət çəkirlər. Müəyyən vitamin qrupları onlar üçün əks göstəriş ola bilər. Onların həkim tövsiyəsi ilə vaxtaşırı vitamin qəbul etmələri lazımdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar