Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Peyvənddən sonra immunitet nə vaxt yaranır? - AÇIQLANDI

Tarix: 11-12-2020 23:02     Baxış: 3232 A- / A+
Peyvənddən sonra immunitet nə vaxt yaranır? - AÇIQLANDI


Dünyanın bəzi ölkələrində artıq əhalinin koronavirusa qarşı peyvənd olunmasına başlanıb.

ABŞ-ın baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN kanalının təşkil etdiyi müzakirə zamanı deyib ki, hazırda verilən əsas suallardan biri peyvənd olunan adamda virus əleyhinə immunitetin neçə günə yaranması haqdadır.

Entoni Fauçi suala “Moderna” və “Pfizer”-“BioNTech” vaksinlərinin timsalında cavab verib.

Koronavirusa qarşı istər sınaqdan keçirilən, istərsə də tətbiqinə başlanan peyvəndlər sırasında ən uğurluları sayılan bu vaksinlərdən birincisini ABŞ-ın “Moderna” şirkəti istehsal edib, ikincisini isə ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birgə hazırlayıb.

Entoni Fauçi deyib ki, virusa qarşı tam immunitet vaksinin ikinci dozasını qəbul edəndən bir həftə-on gün sonra yaranır: “Haqqında danışdığımız hər iki vaksin – həm “Moderna”, həm də “Pfizer”-“BioNTech” vaksini praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur”.

ABŞ-ın baş infeksionistinin sözlərinə görə, birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet yaranır.

Entoni Fauçi qeyd edib ki, vaksinin təmin etdiyi müdafiə nə vaxtsa COVİD-19 infeksiyasına yoluxmuş şəxsdə əmələ gələn immunitet qədər güclü olur: “Vaksinə nəzər salsaq görərik ki, neytrallaşdırıcı anticisimlərin səviyyəsi və keyfiyyəti faktiki olaraq yoluxmuş və immun reaksiyası formalaşdırmış şəxslərin qan plazmasına bərabər, hətta ondan daha yaxşıdır. Bu, infeksiyaya qarşı təbii reaksiya qədər effektivdir”.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 591 mindən çox adamın ölümünə səbəb olub./novator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar