Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan məşhur həkim

Tarix: 03-12-2020 23:16     Baxış: 3210 A- / A+
Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan məşhur həkim

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ona ünvanlanan çox sayda suallara cavab verən həkim koronavirusdan müalicədə əsas nələrə diqqət yetirməyin lazım olduğunu açıqlayıb:

"Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim.

Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, sadə şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, "Deksametazon" kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır".

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar