Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa yoluxanların qida rasionu necə olmalıdır? - Həkim məsləhəti

Tarix: 01-12-2020 20:42     Baxış: 3180 A- / A+
Koronavirusa yoluxanların qida rasionu necə olmalıdır? - Həkim məsləhəti


"Hər gün minlərlə ölkə vətəndaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxur və onların sayındakı artım səviyyəsi ciddi narahatlıq doğurur. İnfeksiyaya yoluxanlar tez bir zamanda xilas olmaq üçün ilk növbədə, qidalanmaya diqqət yetirməklə immunitetini gücləndirmək qayğısına qalmalıdır. Təcrübə göstərir ki, COVID-19 xəstələri həkim nəzarətində olmaqla yanaşı həm də qidalarına fikir verməlidirlər".


Bu barədə həkim-diyetoloq Ləman Süleymanova bildirib.

Onun fikrincə, koronavirusa yoluxanların gündəlik qida rasionuna bitki mənşəli yağların əlavə olunması zəruridir: "Lakin kətan, zeytun və kərə yağı da daxil olmaqla yeməklərin tərkibində müxtəlif növ yağların miqdarına xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa hüceyrələri yeniləyən, bağırsaq iltihabını aradan qaldıran, xolesterini azaldan avakado belə vaxtda ən qiymətli meyvələrdən biri hesab olunur. Un məmulatları, o cümlədən müxtəlif növ şirniyyatlarla qidalanmaq koronavirusdan sağalma prosesini ləngidir. Orqanizmi zəiflədən həmin şirin məhsullardan, xəmir xörəklərindən və digər oxşar qidalardan tamamilə imtina edilməli, daha faydalı qidalara üstünlük verilməlidir. Əks halda, xəstəlik daha uzun müddət davam edə bilər”.

Həkimin sözlərinə görə, koronavirusa yoluxanların masasında toyuq, balıq və krevetlər, müxtəlif növ dənli bitkilər, tərəvəz salatları, göyərti və C vitamini ilə zəngin olan meyvə əskik olmamalıdır. Narıngi, portağal, kök və kividən istifadə etmək də faydalıdır. Tərkibində bol vitaminlər və zülallar olan həmin qidalar xəstəliyə qalib gəlməyə kömək edir. //Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar