Xəbər lenti
Koronavirusa yoluxduğunu bilə-bilə əczaçılıq da edirdi - Polis yaxaladı

Kürdəmirdə koronavirus xəstəsinin rayonda yerləşən baytarlıq aptekində satışla məşğul olması və yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Kürdəmir şəhər sakini Nazim Rəhimovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib. Qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb.
Ancaq Rəhimov Nazim qaydaları pozmaqla rayon ərazisində yerləşən baytarlıq aptekində dərman satışı ilə məşğul olmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.
O, rayon ərazisində baytarlıq aptekində satışla məşğul olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
Hazırda Kürdəmir rayon Polis Şöbəsində Rəhimov Nazim barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.lent.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar