Xəbər lenti
20 yanvara qədər yoluxma ikiqat artacaq - ARAŞDIRMA

ABŞ-da 2021-ci ilin 20 yanvar tarixinə qədər koronavirusa yoluxma ikiqat arta bilər.
Bu proqnozu Missuri ştatının Vaşinqton Universiteti tərəfindən aparılan araşdırma ortaya qoyub.
CNN telekanalının ABŞ-ın ən yaxşı tibb fakültələrindən birinə sahib Vaşinqton Universitetinə istinadən verdiyi xəbərdə prezident inaqurasiyasına qədər yoluxma sayının 20 milyonu ötəcəyi bildirilib.
Universitetin Səhiyyə Sağlamlıq Ölçmə-Qiymətləndirmə İnstitutu tərəfindən aparılan başqa bir araşdırmaya görə isə 2 ay ərzində 140 min amerikalı xəstəlik səbəbilə öləcək.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) virusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün lazım olan karantin müddətini qısaltmaq niyyətindədir. Bu proses 7-10 günə endirilə bilər.
Hazırda mövcud karantin müddəti 14 gündür.
Xatırladaq ki, ABŞ-da 12 milyon 955 min 7 nəfər koronavirusa yoluxub, 265 min 891 nəfər dünyasını dəyişib, 7 milyon 636 min 684 nəfər sağalıb. Hazırda ölkədə 5 milyon 52 min 432 aktiv COVID-19 xəstəsi var./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar