Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İmmun sistemini süni şəkildə artıra bilmərik- İnfeksionist

Tarix: 23-11-2020 11:33     Baxış: 3178 A- / A+
İmmun sistemini süni şəkildə artıra bilmərik- İnfeksionist

“Təəssüf hissiylə qeyd edirəm ki, koronavirusdan ölüm halları artmaqdadır. Ümumiyyətlə, dünyada bütün statistik məlumatlarda bu istiqamətdə artım tendensiyası davam edir. Hətta aprel, may aylarının rəqəmlərindən daha yüksəkdir. 13 noyabr tarixində dünyada gündəlik statistika 660 000 nəfəri keçmişdi”.

Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, yoluxma sayının artmasına müxtəlif faktorlar təsir edir:

“Rəqəmlər azaldıqdan sonra insanlarda arxayınlaşma hissi baş qaldırdı. Maska istifadəsi, sosial məsafənin gözlənilməsi kimi tədbirlərə daha laqeyd yanaşmağa başladılar. Eyni zamanda bunu müəyyən hava şəraiti ilə də əlaqələndiririk. Bəzi araşdırmalarda bildirilir ki, rütubət və otağın havalandırma dərəcəsi müəyyən qədər də olsa, virusun sürətlə yayılmasına rəsir edir”.

İnfeksionist vurğulayıb ki, dad və iybilmə duyğusunun itməsi heç də sadəcə koronavirus deyil, başqa xəstəliklərin də əlamətləri ola bilər:

“Daha əvvəlki viruslarda da bəzən olurdu ki, dad və iybilmə qabiliyyətimizi itirirdik. Bu, bir müddət sonra bərpa olunurdu. İndi biz COVID-19-a bənzər simptomlar törədən digər infeksiyaların da yayıldığı fəsli yaşayırıq. Koronavirusun əsas simptomları qızdırma, öskürək, burun tutulması, boğaz ağrısıdır. Dad və iybilməni itirən xəstələrdə 99 faiz hallarda COVID-19 testinin cavabı pozitiv çıxır.

Xəstəliyi necə keçirməyimiz immun sistemindən asılıdır. Elə insanlar var ki, xəstəliyi həqiqətən simptomsuz keçirir, özlərinin belə xəbəri olmur və qanlarında ona qarşı immunitet yaranır. Bunu biz seroloji testlərin köməyi ilə müəyyən edirik. Elə şəxslər də var ki, xəstəliyi çox ağır formada keçirir. Bu da bizim immun sisteminin anadangəlmə xüsusiyyətlərinə bağlıdır. Müəyyən dərmanlarla, sağlam qidalanmasaq, yuxu rejimimiz pozulsa, immun sistemimiz azala bilər. Lakin onu süni şəkildə artıra bilmərik, təəssüf ki, bunun üçün əlimizdə tibbi vasitə yoxdur”.

Həkim qeyd edib ki, özünü qorumağın ən effektiv yolu maskalardan düzgün istifadədir:

“Eyni zamanda tibbi maskalardan istifadə etmək lazımdır. Dəfələrlə vurğulayıram, tibbi maskalar daha qoruyucudur, nəinki parça və dekorativ maskalar. Parça maskaların keçiriciliyi yüksəkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar