Xəbər lenti
Qanı təmizləyir, saç tökülməsinin qarşısını alır

Mütəxəssislər gündəlik rasiona bir ovuc qara kişmiş əlavə etməyi məsləhət görürlər. Bu sadə məhsul qanı zərərli qatışıqlardan təmizləyir və qışda sağlamlığı qorumağa kömək edir.
Manevr.az tibbi saytlara istinadla xəbər verir ki, təbii antioksidləşdiricilərlə, dəmirlə zəngin olan bu sadə məhsul sağlamlıq üçün çox faydalıdır. O saçların uzanmasını tənzimləməkdən tutmuş, qanın təmizlənməsinədək bir sıra üstünlüklərə malikdir.
Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.
Saçların uzanmasını sürətləndirir. S vitamini ilə zəngin olan bu məhsul saçların kökünü bərkidir (müntəzəm istifadə edildikdə), onların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.
Sümükləri bərkidir. Bu sadə məhsulun sümükləri bərkidən kalium və kalsiumla zəngin olması osteoporozun inkişafını dayandırmağa kömək edir.
Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki “pis xolesterinin” dərəcəsini azalda bilməsi hipertoniya və ürək xəstəliklərinin qarşısını alır.
Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.
Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar