Xəbər lenti
COVID-19-a qarşı ən yaxşı vaksin məlum olub
ABŞ-ın “Moderna” biotexnologiya şirkətinin hazırladığı vaksin COVID-19-a qarşı 94,5 % effektivdir.
Manevr.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.
Bildirilib ki, 30 000 könüllü üzərində aparılan təcrübənin nəticələrinə görə, “Moderna” peyvəndi COVID-19-un, demək olar, bütün simptomlarını qabaqlamağı bacarıb.
ABŞ-ın Milli Səhiyyə İnstitutunun təyin etdiyi məlumatların təhlükəsizliyi üzrə müstəqil komissiyanın icmalına görə, plasebo qəbul edib koronavirusa yoluxan 90 nəfərlə müqayisədə 2 doza vaksin alan yalnız 2 sınaq iştirakçısı COVID-19-a yoluxub.
Peyvənd həmçinin COVID-19-un ağır hallarının da qarşısını ala bilib. Belə ki, peyvənd vurulan heç bir könüllüdə koronavirusun ağır halı aşkarlanmadığı halda plasebo qəbul edən 11 nəfərin vəziyyəti ağır olub.
Xatırladaq ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19-u qabaqlanması üçün 90 % effektiv olduğunu elan edib./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar