Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Soyuq havada ürək xəstəlikləri niyə başlayır?

Tarix: 11-11-2020 23:02     Baxış: 5178 A- / A+
Soyuq havada ürək xəstəlikləri niyə başlayır?

Soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlərə zərərli olduğunu düşünür və belə havalarda bu cür xəstələri bayıra çıxmamalarını tövsiyə edirlər.

Manevr.az bildirir ki, ürək həkimi doktor Kaan Kulan soyuq havanın ürək damarlarının daralmasına səbəb olduğunu söyləyir və belə havalarda ürək və şəkər xəstələrinin diqqətli olmalarını söyləyir. Həkim soyuq və küləkli havalarda belə xəstələrin üz, ağız və sinə hissələrini qalın örtüklə örtmələrini məsləhət edirlər.

Onun araşdırmalarına əsasən soyuq hava ürək ritmlərinin pozulmasına, qrip və digər soyuqlamalar səbəbli ürək xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.

Qrip xəstəliyinin ürək və ağciyər xəstələri üçün təhlükəli olduğunu söyləyən həkim, ürək xəstəliklərindən əziyyət çəkən adamların soyuq havalarda daha da diqqətli olmalarını tövsiyə edir. Çünki qrip revmatizmaya səbəb olan yuxarı tənəffüs yollarının xəstəliklərinin ağırlaşmalarına səbəb ola bilir.

Doktor Kaan Kulan hətta ürək xəstəliklərindən şikayətləri olmayan adamların belə həddən artıq soyuq havalarda sinə və üz hissələrinin isti bükülməsini tövsiyə edir. Çünki soyuq havlarda orqanizmin istilik dərəcəsi aşağı düşdüyü üçün damarlarda spazmlar baş verə bilir ki, bu da ürək damarlarına lazım olan qədər qanın getməməsinə səbəb ola bilir. Buna görə də həkim ürək xəstələrinə sərt soyuqlar zamanı yüngül geyinməyi, soyuq havada çox qalmağı, soyuqda odun qırmağı, ağac kəsmək kimi qış işlərini görməyi məsləhət görmür. /medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar