Xəbər lenti
Bu əlamətlərə və bütün şübhəli hallara DİQQƏT!
Pandemiyanın əhali arasında ən çox bilinən əlaməti hərarət və quru öskürək sayılır. Amma bu, heç də hər zaman belə olmur. Koronavirus hər kəsdə fərqli əlamətlərlə özünü göstərir. Aparılan araşdırmalar nəticəsində pandemiyanın yayılmasını artıran şəxslərin çoxunda hər hansı bir əlamətin olmadığı, asimptomatik olduqları ortaya çıxıb.
Bununla yanaşı, mütəxəssislər hər kəsin öz bədənində əlamətlərin fərqinə varmasının da mühüm olduğunu vurğulayırlar.
Qeyd olunur ki, COVİD-19-un əlamətləri təkcə hərarət və quru öskürək deyil.
Adətən virusa yoluxandan sonrakı 1-3-cü günlərdə soyuqdəymə, qripə bənzər əlamətlər ortaya çıxır. Yüngül hərarət və boğaz ağrısı müşahidə oluna bilər. İmmunitet zəifdirsə, ürəkbulanma və ishal da ola bilər.
4-cü gün boğaz ağrısı şiddətlənir, səs kallaşır. Qida, maye qəbulunda çətinlik yaranır. Yüngül baş ağrısı olur.
5-ci gün boğaz ağrısı şiddətlənir. Yemək, içmək çox ağrılı hala gəlir.
Bədəni, hansısa əzanı hərəkət etdirmək çox ağrılı olur. Oynaqlarda ağrı yaranır.
6-cı gün quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı daha da şiddətlənir. Ürəkbulanma artır. Nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.
7-ci gün hərarət 38 dərəcəni keçir. Öskürək və bəlğəm çox çiddətlənir.
Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətli hala gəlir.
8-ci gün nəfəs alıb-vermədə çətinlik yaranır. Döş qəfəsi bölgəsi çox ağır hiss olunur. Öskürəklə yanaşı baş və oynaq ağrıları çox artır. Hərarət 38 dərəcəni keçir.
9-cu gün bütün simptomlar şiddətlənir. Üzdə və dodaqlarda maviləşmə yaranır. Öskürək və bəlğəm çox şiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətlənir.
Amma bütün bunlar hamıda eyni ardıcıllıqla baş vermir. Ardıcıllığın pozulduğu, digər əlamətlərin - göz, qulaq ağrısı, dəridə ləkələr, iy və dad bilmənin itməsi və s. olduğu, əlamətlərin çox yüngül baş verdiyi və ümumiyyətlə, heç olmadığı hallar da çoxdur.
Ona görə də mütəxəsislər hər kəsi diqqətli olmağa, hər hansı şübhəli hal olan kimi həkimə müraciət etməyə, ən vacibi virusdan qorumağa, kütləvi yerlərdə, istənilən təmas zamanı maska taxmağa, məsafə saxlamağa, gigiyena qaydalarına əməl etməyə çağırırlar.e-tibb.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar