Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur həkim ölkədə koronavirusun kəskin artmasından yazdı: "Tibb idarəçiləri, ayılın!"

Tarix: 29-10-2020 14:56     Baxış: 4196 A- / A+
Məşhur həkim ölkədə koronavirusun kəskin artmasından yazdı: "Tibb idarəçiləri, ayılın!"

"Bu gün ölkəmizdə 988 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Biabırçılıqdır! Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qarşısında duran vəzifəni yerinə yetirərək, işğal altında olan torpaqlarımızı müvəffəqiyyətlə düşmən tapdağından azad edir. Eşq olsun! Əhsən! Amma təəssüflər olsun ki, eyni sözü tibb sahəsini idarə edən qurumlar haqda demək çətindir".

Manevr.az xəbər verir ki, bu sözləri feysbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
Radioloq qeyd edib ki, bu gün ölkəmizin tibb və səhiyyəni idarə edən rəhbər strukturları işinin öhdəsindən layiqincə gələ bilmir: “Nəticə görülən işin güzgüsüdür. Yoluxmada əhəmiyyətli artım varsa, demək ki, aidiyyatlı qurumlar düz işləmir. Əhali arasında yetəri qədər maarifləndirmə işləri aparılmır. Qapalı yerlərdə çoxlu sayda maska geyməyən, ara məsafəsi gözləməyən insanlara rast gəlirik. İctimai nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən ictimai nəqliyyatda dözülməz sıxlıq müşahidə edilir. Şəhərdə Covid-19-la bağlı posterlər azdır. İctimai yerlərdə bəzən adi sabun tapmaq olmur. Nəzarət çox zəifdir. Ölkəmizin belə bir həssas dönəmində belə şeylər yolverilməzdir. Tibb idarəçiləri, ayılın! Bu sadalananlar xəyanətə bərabər problemlərdir. Mənə deməyin ki, inkişaf etmiş ölkələrdə də artım var. O ölkələrdə müharibə getmir. Onlardan bizə nə? Bizdə bu qədər artım olmamalıdır. Bizim buna haqqımız çatmır!”
Həkim eyni zamanda insanların da məsuliyyətsiz olduğunu vurğulayıb: “Ay düşüncəsiz! Əgər qripsənsə, hərarətin varsa, insanlara yaxınlaşıb o viruslu əlinlə salam vermə! Qucaqlaşma! Öpüşmə! Düşüncən olsun bir az. Sənin o viruslu əlini tutmasa, insanlar ölməyəcək. Bilmirəm daha nə deyim. Əllə görüşməyin! Məsafə saxlayın! Əllərinizi tez-tez dezinfeksiya edin! Bütün qapalı yerlərdə etil spirti qoyulmasını tələb edin. Bəzi şagird hazırlığı yerlərində hətta maska geymirlər və buna nəzarət də yoxdur. Dəhşətdir”/yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar