Xəbər lenti
Azərbaycanın baş infeksionistindən əhaliyə MÜRACİƏT
“Hazırda payız-qış fəsli ilə əlaqədar qrip və digər respirator virus infeksiyalar ilə xəstələnmənin mövsümi yüksəlməsi ərəfəsindəyik”.
Bu sözləri açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bu xəstəliklər öz simptomlarına görə, koronavirus infeksiyası ilə çox oxşardır:
“Bunları bir-birindən ayırmaq olduqca çətindir. Bu səbəbdən də xüsusi laborator müayinələrin aparılması vacibdir. Qripin geniş yayılması zamanı insanların hər iki infeksiyaya eyni vaxtda və ya ardıcıl yoluxması halları müşahidə edilə bilər ki, belə şəxslərdə xəstəliyin daha ağır nəticələnəcəyini güman etmək olar”.
T.Eyvazov qeyd edib ki, karantin tədbirlərinə əməl olunması bütün respirator, o cümlədən qrip və koronavirus infeksiyalarının sayının azalmasına kömək edir:
“Digər tərəfdən hazırda peyvəndləmənin aparılması qriplə xəstələnmə hallarının sayını kiçildəcək ki, bu da həm respirator xəstəliklərlə ümumi xəstələnmə hallarının sayını azaldacaq, həm də qarışıq infeksiyaların və bunun nəticəsində daha ağır gediş hallarının azalması, koronaviruslu xəstələrin aşkarının yaxşılaşmasına kömək edəcək”.
Baş infeksionist açıqlaması zamanı əhaliyə bir daha müraciət edərək, koronavirusla mübarizə zamanı diqqət edilməli əsas məqamları sadalayıb:
“- Əhalinin davranış tərzinin karantin tələblərinə uyğunlaşdırılması,
- Maskalardan hamılıqla düzgün istifadənin zəruriliyi,
- Ara məsafənin saxlanmasına riayət olunması,
- Respirator gigiyena qaydalarına əməl olunması vərdişlərinin aşılanması (öskürdükdə, asqırdıqda burnun və ağzın dəsmal, salfet və s. ilə və ya dirsək büküşü vasitəsilə örtülməsi),
- Əllərin gigiyenasına riayət edilməsi,
- Virusun potensial gəzdiriciləri ilə görüşmə ehtimalının, təmasların sayının mümkün qədər azaldılması (ərzaq almaq üçün həftəlik və ya sifarişlə bazarlıq edilməsi, qonaq getməmək və b.),
- İnsanların sıx toplaşdığı yerlərdən mümkün qədər yan keçmək,
- Mümkün olduğu hallarda distant iş rejiminə keçmək,
- Mövsümlə əlaqədar qidalanmanın düzgün təşkili, immun sistemin normal fəaliyyətinin təmin olunması üçün vitaminli qidalara gündəlik rasionda üstünlük verilməsi,
- Sağlam həyat tərzi, fiziki aktivliyin təmin olunması,
- Hərarət, zökəm, öskürək, soyuqlama və bu kimi əlamətlər olan insanların yaşadığı yer üzrə tibbi yardım üçün müraciət etməsinin vacibliyi,
- Xəstəlik əlamətləri olan insanların özünümüalicə etdirməkdən çəkindirmək, evdə müalicə alan və ya virusun simptomsuz gəzdiricilərinin özünü tədric qaydalarına ciddi əməl etməsinin təmin olunması”.
Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 50 486 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı isə 8 397 nəfərdir./lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar