Xəbər lenti
Qəfləti ölümün qarşısını necə almaq olar?
Qəfil ürək ölümü baş verərkən, insanı xilas etmək üçün 8-10 dəqiqə vaxtımız var.
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova bildirib. Onun sözlərinə görə, bu, xəstənin reanimasiya şöbəsində və ya onun yaxınlığında olduğu halda mümkündür: "Lakin belə halların 80%-i xəstəxanadan kənarda baş verir. Ancaq yenə də, bunun yolunu tapıblar. Hər şey İsraildə, klinikalardan birinin müdiri Harri Heller qəfləti ürək ölümündən (QÜÖ) vəfat etdiyi zaman başladı. Bu hadisədən sonra onun tələbəsi Maykl Mirovski ABŞ-a köçür və insanın bədəninə qəfil ürək dayanmasının qarşısını ala biləcək bir cihaz yerlşdirməyin yollarını axtarmağa başlayır. 1969-cu ildə ideya artıq mövcud idi, lakin onun həyata keçməsi 11 il apardı və indi o, həyatlar xilas edir. Bəs bu nədir? Bu, insanın körpücükaltı nahiyəsinə yerləşdirilən cihazdır və ondan ürəyə elektrodlar birləşir. Həmin elektrodlar ürəyin dayanmasına reaksiya olaraq, filmlərdə gördüyümüz elektroşok verirlər. Bu mexanizmin mürəkkəb elmi adı - implantasiya olunan kardioverter-defibrilyatordur.
Cihaz daha çox ürəyi 35%-dəb az işləyən insanlara məsləhət görülür. Bu göstəricini ExoKQ-da görmək olar.
Gördüyümüz kimi, qəfləti ürək ölümünü hərdən aldatmaq mümkündür, lakin bunun üçün özümüzə qarşı çox diqqətli olmalıyıq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar