Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hələlik koronavirusla əlaqədar karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur” - Baş infeksionist

Tarix: 12-10-2020 21:49     Baxış: 4206 A- / A+
“Hələlik koronavirusla əlaqədar karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur” - Baş infeksionist

Hələlik COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, insanlar arasında maarifləndirmə işini gücləndirmək lazımdır.

Manevr.az xəbər verir ki, bunu trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan baş infeksinist əlavə edib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır: “Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır.”.

T.Eyvazov deyib ki, son günlər ərzində koronavirusa yoluxma sayında müşahidə edilən artım gözlənilən idi: “Hələ yay aylarından buna qarşı hazırlıq işləri görülürdü. Rusiya, Gürcüstan, İran, Türkiyədə də yoluxma sayında artım müşahidə edilir. Artım demək olar ki, bütün dünya üzrə müşahidə edilir. Azərbaycan da bu ümumi qanunauyğunluqlar içində yaşayır, buna görə bizdə də artım olmalı idi”.

Baş infeksionist qeyd edib ki, müəyyən təbii faktorlar da bu sayın artmasına öz təsirini göstərir: “Əvvala, Günəş şüalarının ətraf mühitə təsir etmə müddəti azalıb və o, ətraf mühitə əvvəlki qədər təsir etmir. Bundan başqa, havanın temperatur və rütubət göstəricilərinin dəyişməsi nəticəsində insanlar bəzən geyimlərini düzgün seçə bilmirlər və xəstələnirlər. Havanın temperaturu aşağı düşdükcə insanlar daha çox qapalı mühitdə qalırlar. Soyuq havada yuxarı tənəffüs orqanlarının damarlarının viruslara qarşı müqaviməti azalır. Bunların hamısı virusun yayılması üçün şərait yaradır. Bunlar təbii faktorlardır, amma digər faktorlar da var ki, biz əsas bunun üzərində dayanmalıyıq. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar insanların kültəvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi və orada kütləvi şəkildə dayanması sosial məsafənin gözlənilməməsinə səbəb oldu. Digər tərəfdən, yay aylarında yoluxma sayının azalması insanların virusla bağlı məsuliyyətini azaltdı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar