Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəliyi olanlara “yod kletkası” tətbiq etmək olmaz

Tarix: 09-10-2020 20:48     Baxış: 3267 A- / A+
Bu xəstəliyi olanlara “yod kletkası” tətbiq etmək olmaz

Yəqin ki, hər bir evdə ilkin tibbi yardım vasitələrindən biri olan yod tapmaq mümkündür. Yod təbii və güclü antiseptik vasitələrdən biridir və bu günə qədər yodun faydaları haqqında bir çox məlumatlar mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bədəndə yod çatışmazlığı olduqda istər uşaqlarda, istərsə də böyüklərdə müxtəlif problemlərə gətirib çıxarır. Ancaq yodun faydaları olduğu qədər, “yod kletkası”nın da faydaları var.

Manevr.az “yod kletkası”nın faydalarını təqdim edir:
“Yod kletkası” yuxarı tənəffüs yollarının iltihabları (angina, bronxit, laringit və s.), həmçinin, yumşaq toxumaların iltihabları (miozit, hematoma və s.) zamanı çox geniş istifadə olunur. “Yod kletkası” dəriyə qulaq çöpü ilə əvvəl şaquli, sonra üfüqi formada tətbiq edilir və xətlər arasındakı məsafə 1 sm-dən az olmamalıdır. “Yod kletkası” mütləq sağlam dəriyə, həftədə 2-3 dəfədən çox olmamaq şərti ilə çəkilməlidir. Açıq yaraya çəkilən yod, yaranı yandıra bilər. Başqa bir fikrə görə, “yod kletkası” dəriyə tətbiq olunduqda izləri tez itirsə, bu, yod çatışmazlığından xəbər verir. “Yod kletkası” aşağıdakı hallarda istifadə edilə bilər:
- Bel ağrıları;
- Bədən nahiyələrində olan nevroloji ağrılar;
- Əzələ ağrıları;
- Bağların dartılması;
- Kəskin respirator xəstəlikləri;
- Soyuqdəymə;
- Boğaz ağrısı və s.
Keçmiş dövrlərdən indiyə qədər tətbiq olunan “yod kletkası” nə qədər faydalı olsa da, bunu hər kəsə tətbiq etmək olmaz. Belə ki, mütəxəssislər 5 yaşdan kiçik uşaqlara bu üsulu tətbiq etməyi tövsiyə etmirlər. Çünki bu, uşağın orqanizmindəki yod səviyyəsinin artmasına səbəb ola bilər. Bundan başqa, “yod kletkası”nı hamilə qadınlara, yüksək temperaturu olan şəxslərə, allergiyası olanlara tətbiq etmək məsləhət görülmür. Digər tərəfdən, “yod kletkası”nı ürək nahiyəsinə tətbiq etmək də çox təhlükəlidir./yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar